Fərid Qayıbov yenidən Avropa Gimnastika İttifaqının prezidenti seçildi

29.11.2025 14:31
İdman
Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov üçüncü dəfə Avropa Gimnastika İttifaqının prezidenti seçilib.

"Football-plus.az" xəbər verir ki, o, Çexiyanın paytaxtı Praqada keçirilən 31-ci konqresdə səs çoxluğu ilə qələbə qazanıb.

Fərid Qayıbovun rəqibi xorvat Mario Vuko olub.

Fərid Qayıbov Avropa Gimnastika İttifaqına 2017-ci ildən rəhbərlik edir.