Millimiz Bolqarıstana uduzdu

20.11.2025 19:40 13
Ölkə futbolu
15 yaşadək futbolçulardan ibarət millimiz UEFA İnkişaf Turnirində bu gün 2-ci oyuna çıxıb.

"Football-plus.az" xəbər verir ki, komanda Bolqarıstanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.

Kişinyovda yerləşən Moldova Futbol Federasiyasının Texniki Mərkəzində keçirilən görüş Bolqarıstanın 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, U-15 millimiz ilk matçında Monteneqroya 0:1 hesabı ilə uduzub. Yığma noyabrın 23-də Moldova ilə üz-üzə gələcək.