“Şamaxı”nın futbolçusu U-21-ə dəvət olundu

17.11.2025 18:40 10
Ölkə futbolu
21 yaşadək futbolçulardan ibarət millimizə yeni futbolçu dəvət olunub.

"Football-plus.az" xəbər verir ki, DÇ-2026-nın seçmə mərhələsində İslandiya və Fransa ilə keçirilən oyunlar zamanı A millinin düşərgəsində olan “Şamaxı”nın müdafiəçisi Rüfət Abbasov U-21-in heyətinə cəlb edilib.

Qeyd edək ki, U-21 millimiz noyabrın 18-də Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Cəbəllütariq yığması ilə səfərdə qarşılaşacaq.