Əsas millimizə çağırılan 3 futbolçu U-21-ə qoşuldu

17.10.2023 12:58 249
Yığma
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Lüksemburq yığması ilə qarşılaşacaq millimizin heyətinə daha 3 futbolçu dəvət olunub.

"Football-plus.az" xəbər verir ki, əsas milli komandaya dəvət alan Bolqarıstanın “Arda” klubunun üzvü Cəlal Hüseynov, “Qəbələ”nin futbolçusu Emin Səfərov və “Qarabağ”ın oyunçusu Nəriman Axundzadə 21-in düşərgəsinə qoşulub.

Qeyd edək ki, bu gün “Azərsun Arena”da keçiriləcək sözügedən görüş saat 18.00-da başlayacaq.