Messi “Kamp Nou”da problemə səbəbkar oldu

17.11.2025 12:56 16
Dünya futbolu
Lionel Messi Barselonaya qayıdıb. Özü də yenidənqurma işlərinin sona çatdığı “Kamp Nou”da görünüb.

"Football-plus.az" xəbər verir ki, “Barselona”nın prezidenti Xuan Laporta isə onun “Kamp Nou”ya icazəsiz daxil olmasına kəskin reaksiya verib. 

“Mundo Deportivo” və “Sport” qəzetlərinin məlumatına görə, Laporta hadisəyə görə son dərəcə qəzəblənib və klub daxilində araşdırma başladılmasına göstəriş verib. O, müvafiq işçilərə Lionelə stadionun bağlı hissəsinə keçməyə kim(lər)in icazə verdiyini müəyyənləşdirməyi tapşırıb.

Klubun rəhbəri hesab edir ki, kimliyindən asılı olmayaraq, hamı qaydalara riayət etməlidi. Bu, stadionun mühafizəçilərinə də, komandanın hazırkı və sabiq ulduzlarına da aiddi.

Xəbərdə bildirilir ki, Messinin stadionda çəkilən bir fotosu klubun bir neçə əməkdaşını çətin vəziyyətə salıb.

Yeri gəlmişkən, “Barselona”da 2004-21-ci illərdə top qovan Lionel gələcəyi bağlı maraqlı açıqlama verib. 38 yaşlı argentinalı futbolçu jurnalistin “karyeranızı başa vurandan sonra klub sahibi, yoxsa baş məşqçi olmaq istərdiniz” sualına “mən klub sahibi olmağı üstün tutaram” cavabını verib.

Onun sözlərini məşhur insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul