“Barselona”nın prezidenti Xuan Laporta Avropa Liqasının 1/4 finalının “Ayntraxt”la “Nou Kamp”dakı cavab oyununu rəqib komandanın 30 minə yaxın azarkeşinin izləməsi ilə bağlı açıqlama verib.
"Football-plus.az" saytının məlumatına görə, klub rəhbəri bu hadisənin utancverici olduğunu bildirib:
“Bu biabırçılıqdı və gələcəkdə təkrarlanmasının qarşısı alınmalıdı! Çünki belə hal yolverilməz və utandırıcıdı. Biz bundan sonra bu məsələyə daha ciddi yanaşmalıyıq. Bir “Barselona”lı kimi “Nou Kamp”da gördüklərimdən utanıram. Təəssüf edirəm ki, doğma məkanımıza həddən artıq rəqib azarkeşin gəlməsinə icazə verdik. Biz hərəkətə keçəcəyik və bu hal bir daha baş verməyəcək”.