Laportadan Messi müjdəsi

19.04.2023 17:30 423
Dünya futbolu
Lionel Messi yenidən “Barselona”nın formasında görünəcək.

"Football-plus.az" xəbər verir ki, bunu İspaniya klubunun prezidenti dilə gətirib.

Xuan Laporta azarkeşlərlə söhbəti zamanı PSJ-nin hücumçusunun tezliklə əvvəlki komandasına qayıdacağını bildirib. Klubun rəhbəri La Liqanın 29-cu turunun “Xetafe” ilə oyunundan (0:0) əvvəl tribunada azarkeşlərlə şəkil çəkdirib və onların suallarını cavablayıb. Azarkeşlərdən biri prezidentdən Messinin komandaya qayıdıb-qayıtmayacağını soruşub. Laporta dərhal “bəli” cavabını verib. Prezidentin fanatlarla ünsiyyətini əks etdirən video “Cadena Ser Carrusel Deportivo” radiostansiyasının sosial şəbəkələrində əksini tabıb.

Qeyd edək ki, Messi “Barselona”da 2004-21-ci illərdə oynayıb. Argentina millisinin kapitanının PSJ ilə müqaviləsinin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul