DÇ-2026-nın seçmə mərhələsinin noyabrın 14-də keçirilən oyunlarından sonra daha bir komanda final turnirinə vəsiqə qazanıb.
"Football-plus.az" xəbər verir ki, bu hüquqa Xorvatiya yığması yiyələnib.
Milli komanda L qrupunun 9-cu turunda Farer adaları üzərində 3:1 hesablı qələbə qazanıb. Bununla da xallarının sayını 19-a çatdıran xorvatlar son turun nəticəsindən asılı olmayaraq qrup birinciliyini təmin ediblər. Xorvatiya DÇ-2026-da iştirak hüququna yiyələnən 30-cu komanda olub.
DÇ-2026-nın əsas mərhələsində tarixdə ilk dəfə 48 komanda mübarizə aparacaq.