“Sabah”la oyunda zədələnən “Kəpəz”in futbolçusu Mahamadu Ba çiynindən əməliyyat keçirib.
Klubun mətbuatn xidmətinin yaydığı xəbərə görə, müayinə nəticəsində 26 yaşlı malili yarımmüdafiəçinin çiynində iki bağın qırıldığı müəyyən olunub.
"Liv Bona Dea" hospitalında keçirilən əməliyyat uğurla başa çatıb, Banın 2-3 həftə ərzində məşqlərə başlaması gözlənilir. "Kəpəz"in baş məşqçisi Azər Bağırov da onu hospitalda ziyarət edib.