Kilian Mbappe komandasında penaltinin vurulması ilə bağlı qərarını verib.
"Football-plus.az" xəbər verir ki, fransalı futbolçu bundan sonra penaltilərin yerinə yetirilməsini komanda yoldaşlarına etibar etməyəcək. Buna ötən həftə “Real” - “Valensiya” matçında (4:0) oyundaşı Vinisius Juniorun penaltini qaçırması səbəb olub. Həmin oyunda dubl edən Mbappe komandasının hesabda 2:0 öndə olmasına baxmayaraq, bunu anlayışla qarşılamayıb.
“The Athletic” qəzetinin məlumatına görə, bundan sonra “Real” bir matçda üç penalti qazansa belə, hamısını Kilian özü vurmaq niyyətindədi.
Mbappe heç kimə güzəşt etməyəcək
Dünya futbolu






