Ronaldo Messi haqda nə dedi?

5.11.2025 20:51 24
Dünya futbolu
“Əl-Nəssr”in hücumçusu Kriştiano Ronaldo Lionel Messi ilə bağlı növbəti fikrini dilə gətirib.

"Football-plus.az" xəbər verir ki, portuqaliyalı futbolçu “Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runinin Messini ondan daha üstün görməsinə münasibətini bildirib.

Qeyd edək ki, Runi bir neçə gün əvvəl Kriştianoya nifrət etmədiyini, Messinin daha yaxşı futbolçu olduğunu söyləyib. 40 yaşlı Ronaldo Runinin açıqlamasına reaksiya verərkən bu fikirlə razılaşmadığını deyib:
“Problem yoxdu. Runi istədiyini söyləyə bilər. Amma onun fikirləri ilə razı deyiləm. Təvazökar olmayacağam. Messinin məndən üstün olduğunu düşünmürəm”.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul