Maldini Messi ilə Kriştiano Ronaldo arasında seçim etdi

22.07.2024 18:26 316
Dünya futbolu / Manşet
İtaliya futbolunun və ''Milan''ın əfsanəsi Paolo Maldini futbol tarixinə damğa vurmuş Lionel Messi ilə Kriştiano Ronaldo arasında seçim edib.

2019-23-cü illər aralığında ''Milan''da texniki direktor vəzifəsini icra edən, hazırda isə işsiz olan Maldini bunları deyib: ''Həm Messini, həm də Ronaldonu gözəl tanıyıram. İkisi də yaxın keçmişdə çoxlu sayda ''Qızıl top'' qazanıb. Amma mənim üçün Leo Kriştianodan üstündü. Təbii ki, Ronaldo da top-futbolçu və dahi şəxsiyyətdi. Amma mən üstünlüyü Messiyə verirəm''.

Xatırladaq ki, Messinin 8, Ronaldonun isə 5 ''Qızıl top''u var.

ƏLİ