''Mançester Yunayted''in əfsanəsi Ueyn Runi bu mövsüm ümidləri doğrultmayan və tez-tez qalmaqallarla gündəmə gələn Kriştiano Ronaldonu tənqid edib:
"Football-plus.az" xəbər verir ki, əfsanəvi futbolçu bunları deyib:
''Ronaldo heyətdə olarkən ''Yunayted'' daha güclü oynayırmı? Xeyr, belə düşünmürəm. Düzdü, Ronaldo və Messi bəlkə də futbol tarixinin ən yaxşı iki oyunçusudu. Amma Ronaldonun bu mövsümün startından etibarən yol verdiyi hərəkətlər ''Yunayted'' üçün qəbulolunmazdı. Roy Kinin onu bir neçə dəfə qoruduğunu görmüşəm. Amma Roy özü heç vaxt belə şeyi qəbul etməzdi. Bütün bu hadisələr ciddi dəyişikliklər astanasında olan ''Yunayted''ə mane olur. Kriştiano sadəcə başını aşağı salmalı, üzərində işləməkdə davam etməli və ona veriləcək şansı gözləməlidi. Bunları etsə, komandaya fayda vermiş olacaq. Etməsə, yeni formalaşan kollektivə mane olacaq. Ten Haq bu çətin məsələnin öhdəsindən məharətlə gəlir. O, güclü xarakterə malik olduğunu və komandada əsas söz sahibi olduğunu göstərir. Uzun illərdən sonra ilk dəfədi komandanın öz dəst-xəttinin olduğunu hiss edirəm. Bir qədər vaxt lazımdı. Amma ''Yunayted''in ilk ''4-lüy''ə düşmək üçün çox yaxşı şansları var''.