“Cəbrayıl”da yeni məşqçi?

5.11.2025 19:57 47
Aktual / Ölkə futbolu
“Cəbrayıl”da baş məşqçi xaosu davam edir.

“Futbol+”ə açıqlama verən klubun rəhbər şəxslərindən biri Şahin Məmmədov tez-tez, 1-2 turluq kömək üçün tanış məşqçiləri gətirdiyini bildirmişdi. “Şahdağ Qusar”la matça komandanı Tariq Qasımov çıxarmışdı. Bəs Tariq bəy daimi əsasda işləyəcək, yoxsa hələ də köməkçi məşqçidi? “Baku Sportinq”lə sabahkı oyuna komandanı kim çıxaracaq?

Şahin Məmmədov sualımızı belə cavabladı:
“Tariq Qasımov köməkçi məşqçidi. İnşallah, “Baku Sportinq”lə də oyunda da Tariq müəllim çalışacaq”.
Qeyd edək ki, komanda iki mövsümdü baş məşqçi tapa bilmir…

MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul