18.30-da start götürəcək “Neftçi” - “Araz-Naxçıvan” oyununa 9 min bilet satılıb.
“Football-plus.az”ın stadionun kassasından əldə etdiyi məlumata görə onlayn və standart olaraq 9 min bilet satılıb. Səbəb isə, çox güman ki, Vinsent Abubakardı.
Təsəvvür edin, Abubakar qollar vurur, “Neftçi” nəticə qazanır... Hər oyun anşlaq olar ki…
MÜZƏFFƏR QULUZADƏ