Millimizin oyunlarının təqvimi - AÇ

18.10.2025 19:38
Ölkə futbolu
17 yaşadək qız futbolçulardan ibarət millimizin Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunların təqvimi bəlli olub.

"Football-plus.az" AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer alan komanda ilk görüşünü oktyabrın 24-də Uels yığmasına qarşı keçirəcək.

Nərgiz Qurbanovanın baş məşqçisi olduğu kollektiv oktyabrın 27-də Kosovo ilə münasibətlərə aydınlıq gətirəcək. Komanda qrupda sonuncu görüşünü oktyabrın 30-da Moldovaya qarşı keçirəcək.

Qeyd edək ki, qrupun bütün oyunları Moldovada keçiriləcək. Qarşılaşmaları Litvadan olan hakimlər idarə edəcək.