Millimizin oyunlarının təqvimi

25.09.2024 14:12 122
Ölkə futbolu
Çimərlik futbolu üzrə millimizin dünya çempionatının seçmə mərhələsində keçirəcəyi oyunların təqvimi müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, A qrupunda yer alan komandamız oktyabrın 4-dən 15-dək İspaniyanın Kadiz şəhərində İspaniya, İngiltərə və Gürcüstan yığmaları ilə qarşılaşacaq. Yığmamız sentyabrın 25-dən oktyabrın 3-dək Türkiyənin Alanya şəhərində təlim-məşq toplanışı keçəcək.

Oyunların təqvimi:

4 oktyabr
14.45. Azərbaycan - İngiltərə

5 oktyabr
14.45. Azərbaycan – Gürcüstan

7 oktyabr
20.00. İspaniya - Azərbaycan