Millimizin əsas mərhələdəki oyunlarının təqvimi - AÇ

6.02.2025 14:42 253
İdman
19 yaşadək futzalçılardan ibarət millimizin Avropa çempionatının əsas mərhələsindəki oyunlarının təqvimi açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, 7-ci qrupda yer alan yığma ilk matçını martın 26-da Bosniya və Hersoqovina seçməsinə qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 19.00-da başlayacaq. U-19 martın 27-də, saat 22.00-da Xorvatiya, iki gün sonra saat 19.00-da Türkiyə ilə üz-üzə gələcək.

Qeyd edək ki, əsas mərhələnin qarşılaşmaları Xorvatiyada olacaq.