Əvvəlki postuna qayıtdı

17.10.2025 14:39 9
Dünya futbolu
Fabio Paratiçi yenidən əvvəlki postunda işləyəcək.

"Football-plus.az" xəbər verir ki, “Tottenhem”in sabiq idman direktoru, 2021-ci ildə “Yuventus”da maliyyə pozuntularına yol verdiyi üçün 30 aylıq uzaqlaşdırma cəzası alan funksioner futbola qayıdıb. O, yenidən “Tottenhem”in idman direktoru vəzifəsini icra edəcək. 

Paratiçi 2021-ci ildə İngiltərə klubunda eyni vəzidəyə təyin edilmişdi. Lakin bundan əvvəl “Yuventus”da maliyyə pozuntularına yol verməsinə görə 30 aylıq qadağa ilə üzləşmiş və 2023-cü ilin aprelində vəzifəsini tərk etmək məcburiyyətində qalmışdı. O, son aylarda klubda məsləhətçi kimi çalışırdı.