Maradonanı arxada qoydu

17.10.2025 11:33
Dünya futbolu
Lautaro Martines Argentina yığmasındakı məhsuldar oyununu davam etdirir.

"Football-plus.az" xəbər verir ki, artıq komandanın 5 ən yaxşı bombardirindən biridi.

28 yaşlı futbolçu Puerto Riko ilə yoldaşlıq oyununda (6:0) 2 qol vurub. Nəticədə milli formadakı qollarının sayını 35-ə çatdırıb. Lautaro bununla da əfsanəvi Dieqo Maradonanı (34 qol) arxada qoyub və Ernan Krespoya (35) çatıb. O, indi yalnız Serxio Aquero (42), Qabriel Batistuta (54) və Lionel Messidən (114) geri qalır.