İddiaya bax: çempionluq uğrunda mübarizə aparmağa hazıram!

13.10.2025 22:00 7
İdman
Xəbər verdiyimiz kimi, “Formula-1” üzrə dünya çempionatında həftəsonu keçirilən Sinqapur mərhələsinin qalibi “Mersedes”in pilotu Corc Rassell oldu.

"Football-plus.az" xəbər verir ki, o, qələbəsini belə şərh edib:
“Bir neçə il əvvəllə müqayisədə bu gün tam fərqli pilotam. Özümü daha məqsədyönlü, daha inamlı hiss edirəm. Hər vəziyyətdə nə etməli olduğumu dəqiq bilirəm. Əlbəttə, yarış ərəfəsində bir qədər əsəbiydim, ancaq əlavə təzyiq hiss etmirdim. Bu, sadəcə, bir yarış idi, qələbə şansımın olduğunu bilirdim, özümü rahat hiss edirdim. Artıq çoxdan deyirəm: çempionluq uğrunda mübarizə aparmağa hazıram. Növbəti addımı atmaq ərəfəsindəyəm”.
Dünya çempionatının 18 mərhələsindən sonra 27 yaşlı britaniyalı 237 xalla şəxsi hesabda 4-cü yerdə qərarlaşıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul