Ukrayna millisində ciddi itki

12.10.2025 16:55 10
Aktual / Ölkə futbolu
Ukrayna millisinin futbolçusu Georgi Sudakov İslandiya ilə DÇ-2026-nın seçmə oyununda zədələnib.

O, ilk hissədə mərkəz yaxınlığında rəqibin oyunuçusu ilə mübarizədə çiyin nahiyəsindən zədə alıb. Yığmamızla oyunu buraxacağı dəqiqdi. Zədə ciddi olarsa, “Benfika”nın futbolçusu ÇL-də “Nyukasl”la oyunu da buraxa bilər.

MÜZƏFFƏR QULUZADƏ