“Sabah” basketbol klubu bu gün Çempionlar Liqasında mübarizəyə başlayır.
"Football-plus.az" xəbər verir ki, litvalı Rimas Kurtinaytisın baş məşqçisi olduğu komanda B qrupunun 1-ci tur oyununa çıxacaq.
Azərbaycan çempionu Çexiyada yerli “Nimburk” klubunun qonağı olacaq. Oyun Bakı vaxtı ilə saat 20.30-da başlanacaq.
Bu qrupun digər oyunu Almaniyanın “Alba” və Fransanın “Elan Şalon” komandaları arasında sabah keçiriləcək.