Təəssüf: MDB Oyunlarında 2-ci yeri əldən verdik...

6.10.2025 23:31 11
İdman
Azərbaycanda keçirilən 3-cü MDB Oyunları davam edir.

Təəssüf ki, oktyabrın 6-sı idmançılarımız üçün uğurlu olmadı. Daha doğrusu, komanda hesabında 2-ci yeri Belarusa təhvil verdik. Hazırda Azərbaycan idmançılarının hesabında 166 (29 qızıl, 48 gümüş, 89 bürünc) medal var. 2-ci pillədə qərarlaşan Belarus idmançıları indiyə qədər 114 medal (32-31-51) qazanıb. Rusiya isə 212 (116-58-38) şəksiz qalibdi.

Hər halda, Oyunlar oktyabrın 8-nə qədər davam edəcək. Qalan günlərdə qızıl medalların sayını artırmaqla Belarusu keçmək olar.