• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Atletik”i ud, işi bitir! – “Qarabağ”a heç-heçələr yox, qələbə lazımdı

Manşet / Avrokuboklar

4-10-2025, 14:0

“Kopenhagen” üzərində mümkün qələbə “Qarabağ”ın xalını 6-ya çatdıracaq. Bundan sonra isə ilk 24 komanda sırasına düşmək üçün yalnız və yalnız 5 xal lazımdı!” – sentyabrın 20-də bunu yazarkən sanki fala baxmışdım. Amma fala-zada baxmamışdım, ürəyimə də heç nə dammamışdı. Sadəcə, bütün azərbaycanlı futbolsevərlər kimi mən də “Kopenhagen”i udmağın qeyri-adi vəzifə olmadığını anlayırdım. Şükür, arzular və proqnozlar doğruldu, “Qarabağ” indi 6 xalla turnir cədvəlində liderliyi bölüşür.

Maşallah, artıq bütün Azərbaycan hesablayır, xal qazanmağın mümkün olduğu və olmadığı oyunları sıralayır. Futbolda bu hər nə qədər çətin olsa da, gəlin, biz də cəhd edək. Həm də sadə, formal məntiqin ehkamları əsasında. “Çelsi”, “Napoli” və “Liverpul”la oyunları bir kənara tolazlayaq, bunlar yalnız divara dirənəndə, heç bir çarəmiz qalmayanda xal mənbəyi kimi baxa biləcəyimiz oyunlardı. Mən bu yaşda realist olmağa üstünlük verirəm, xəyal qurmaq fikrim yoxdu!

Yerdə üç oyun qalır – “Atletik”lə səfərdə, “Ayaks” və “Ayntraxt” ilə evdə. Oyundan-oyuna prinsipi ilə yürüsək, elə Bilbaodan başlamalıyıq! Türkiyə ilə sentyabrın 7-də keçirilən oyundan sonra zədəsi üzə çıxan Niko Uilyamsın bir də 6 həftə sonra meydana dönəcəyi deyilmişdi. Deməli, onun “Qarabağ”a qarşı oynaması mümkündü. Nikolu və Nikosuz “Atletik” fərqli komandalardı ki, bunu son vaxtların nəticələri də göstərir. Niko oldu-olmadı, “Qarabağ” oktyabrın 22-də xal üçün oynamalıdı, yaxşı olar ki, 3, heç olmasa, 1 xal üçün! Amma bu hələ heç nə deyil. Həqiqət anı 6-7-ci turun oyunlarında yetişəcək.

“Qarabağ” dekabrın 10-da “Ayaks”ı, yanvarın 21-də “Ayntraxt”ı qəbul edəcək. Mən bu iki oyunda 4 xal üçün sinov gedirəm. “Qarabağ”ın qış fasiləsində güclənmək ehtimalını da nəzərə alsaq, niyə də olmasın?! Amma sırf rəqəmlər üzərində oynayırıqsa, iki heç-heçədən bir qələbə daha sərfəlidi. Ümumiyyətlə, ÇL-in ötənilki təcrübəsi göstərir ki, 3 qələbə qazanmayan komandanın ilk “24-lüy”ə düşmək şansı minimuma bərabərdi. Turnir cədvəlinə baxaq:

...20. Yuventus 8 3 3 2 9-7 12
21. Seltik 8 3 3 2 13-14 12
22. Mançester S. 8 3 2 3 18-14 11
23. Sportinq 8 3 2 3 13-12 11
24. Brügge 8 3 2 3 7-11 11
25. Dinamo Z 8 3 2 3 12-19 11
26. Ştutqart 8 3 1 4 13-17 10...

Gördüyünüz kimi, “Dinamo” ilə “Ştutqart”ın acı təcrübəsi hətta 3 qələbənin də hədəfə çatmağa imkan vermədiyini göstərir. Əlbəttə, bütün bunlar Quran ayəsi deyil. Məsələn, 9 və ya 10 xal da səni hədəfinə çatdıra, ya hətta 12-13 xal da çatdırmaya bilər. Amma biz əvvəlcə 3-cü qələbəni qazanaq ki, sonra da növbəti oyunlar üçün planlar quraq. Yenə o fikrin üzərində dayanıram ki, “Qarabağ” ilk “24-lüy”ə məhz “Ayaks” və “Ayntraxt” ilə oyunlardakı uğur hesabına düşə bilər. Düşməyə borclu deyil, sənin, mənim – ölkənin qarşısında bu yöndə heç bir öhdəliyi yoxdu. Amma düşsə, nə əla, nə gözəl, nə möhtəşəm!

Təsəvvür edirsizmi, hədəfə aparan yolun yarıdan çoxunu arxada qoymuşuq. Hətta bu hissi yaşamaq belə gözəldi!

HUŞƏNG

Paylaş:
Digər xəbərlər

Manşet / Yazarlar

20-09-2025, 12:0

“Kopenhagen”i udmaq nəyimizə lazımdı?

Avrokuboklar

1-09-2025, 13:0

ÇL: kim kimlə qarşılaşacaq?

Ölkə futbolu

29-08-2025, 10:0

“Qarabağ”dan UEFA reytinqində əla irəliləyiş

Ölkə futbolu / Manşet

30-08-2025, 20:0

“Qarabağ” əsas mərhələdə nə edə bilər?

Ölkə futbolu / Manşet

24-09-2025, 08:0

“Qarabağ” – “Kopenhagen” oyununun biletləri ya bu gün, ya da... – “qara bazar” olacaqmı?

Aktual / Avropa Liqası

7-11-2024, 12:0

“Bude/Qlimt” “Qarabağ”ın xəyallarını alt-üst etməyə hazırdı!” – norveçlilər qələbəyə köklənib

Aktual
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
“Sabah”ın pley-offdakı rəqibi kim olacaq: “Hapoel”, yoxsa “Srvena Zvezda”? - YENİLƏNİR
“Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
“Sabah”ın start heyətində sürpriz ad: Dambrauskas ona yox, Mbinaya güvəndi!
"Sabah"ın oyununun hakimi "Neftçi"yə qənim, "Qarabağ"a dost olub...
"Uzun müddətdi heyət seçimi baxımından bu qədər əla vəziyyətdə deyildik" - Poulsen "Sabah"ı keçəcəklərinə əmindi
Son xəbərlər
  • Bu gün, 23:30
    “Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
  • Bu gün, 23:05
    “Sabah”ın pley-offdakı rəqibi kim olacaq: “Hapoel”, yoxsa “Srvena Zvezda”? - YENİLƏNİR
  • Bu gün, 22:51
    “Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
  • Bu gün, 22:25
    "Karvan-Yevlax"dan böyükhesablı qələbə
  • Bu gün, 21:54
    "Sabah" ÇL-nin pley-off mərhələsində! - YENİLƏNİB
  • Bu gün, 21:27
    Parisdən Madridə yollandı
  • Bu gün, 20:56
    "Neftçi" macarıstanlı yarımmüdafiəçi transfer etdi
  • Bu gün, 20:25
    Gözlənilən keçid rəsmiləşdi
  • Bu gün, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Bu gün, 19:33
    Rəşad Əzizli "Kəpəz"də
  • Bu gün, 19:08
    “Sabah”ın start heyətində sürpriz ad: Dambrauskas ona yox, Mbinaya güvəndi!
  • Bu gün, 19:02
    "Sabah" - "Orhus": START HEYƏTLƏRİ
  • Bu gün, 18:56
    MS-ni tərk edə bilər
  • Bu gün, 18:26
    "Sabah"ın oyununun hakimi "Neftçi"yə qənim, "Qarabağ"a dost olub...
  • Bu gün, 17:55
    Mançesterdən Madridə yollandı
  • Bu gün, 17:24
    "Uzun müddətdi heyət seçimi baxımından bu qədər əla vəziyyətdə deyildik" - Poulsen "Sabah"ı keçəcəklərinə əmindi
  • Bu gün, 16:53
    “Milan”ı tərk etməyəcək
  • Bu gün, 16:22
    Tribunalar "Sabah" üçün dolacaq... - bəs neçə danimarkalı olacaq?
  • Bu gün, 16:00
    “Qol imkanlarımız kifayət qədər olacaq” - “Sabah” Danimarkadakının davamını oynasın, yoxsa dəyişsin?
  • Bu gün, 15:29
    "Orhus" Masazırda da favoritdi - lakin "bayquşlar"ın qələbə qazanmaq ehtimalı artıb!
  • Bu gün, 14:58
    Birmingemdən Londona yollandı
  • Bu gün, 14:23
    "Sabah" - "Orhus" oyunu üçün bilet tükəndi! - Masazırda iynə atsaz, yerə düşməyəcək...
  • Bu gün, 13:58
    ''Trabzonspor'' öz yetirməsini BƏƏ təmsilçisinə satdı
  • Bu gün, 13:27
    AFFA-da yeni qaydalar açıqlandı – əvəzetmələrlə bağlı mühüm dəyişiklik
  • Bu gün, 12:56
    "Kəpəz" nigeriyalı yarımmüdafiəçi transfer etdi
  • Bu gün, 12:25
    ''Real''ın yeni transferi Arda Gülər haqda nə dedi?
  • Bu gün, 11:54
    İngiltərədə iş yerini dəyişə bilər
  • Bu gün, 11:23
    "Qurban müəllimin futbol düşüncəsinə tam güvənirəm" - Tahir Gözəl
  • Bu gün, 10:52
    "Hesabda öndəyiksə, Bakıda bunu məntiqi sonluğa çatdırmalıyıq" - Kostyukdan "Qarabağ" açıqlaması
  • Bu gün, 10:31
    "Qəbələ" braziliyalı müdafiəçi aldı
  • Bu gün, 10:00
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 23:57
    "Kəpəz" "Baku Sportinq"in futbolçusunu aldı
  • Dünən, 23:37
    Klopp Salahın Türkiyə ilə bağlı qərarı haqda nələr dedi?
  • Dünən, 23:05
    ''Qalatasaray'' evdə uduzdu
  • Dünən, 22:33
    Asiyadan Avropaya qayıdır
Daha çox
Oxunub: 280
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 130
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 103
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Oxunub: 102
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 102
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə