“Özümüzə əziyyət verməliyik” - Azər Bağırov

4.10.2025 19:15 19
Ölkə futbolu / Manşet
“Kəpəz” “Qarabağ” səfərində minimal hesabla məğlub oldu - 1:0.

“Football-plus.az” xəbər verir ki, oyunsonrası mətbuat konfransında Azər Bağırov jurnalistlərin suallarını cavablayıb.

- Məğlubiyyətdən xilas olmaq istəyirdik. Rəqib “Qarabağ” olsa da. Uşaqlara təşəkkür edirəm. Rəqibi təbrik edirəm. Daha çox çalışıb, özümüzə əziyyət verməliyik.

- İşin öhdəliyindən gələ biləcəksiz?
- İnanıram. Azarkeşlərimiz, futbolçularımız buna inanır. Üç gün ərzində daha çox emosiya göstərdilər.

- Komandanın oyununda irəliləyiş hiss olunurdu. Bu sizin komandaya qatqınızdı, yoxsa futbolçuların ruhlanması ilə əlaqədardı?
- Sual ikitərəflidi. Məğlubiyyətlər psixoloji durumu aşağı salıb. Hər futbolçu ilə ayrı-ayrılıqda danışmaq lazımdı.

- Yoxlama oyunları planlaşdırırsız?
- Fiziki və taktiki baxımdan məşqlər lazımdı. Bu xeyrimizə də ola bilər, ziyanımıza da. Bu barədə danışacağıq.

MÜZƏFFƏR QULUZADƏ