Millimiz yarımfinala yüksəldi - 3-cü MDB Oyunları

3.10.2025 23:37 6
İdman
17 yaşadək qızlardan ibarət voleybol komandamıx 3-cü MDB Oyunları çərçivəsində Özbəkistanla qarşılaşıb.

"Football-plus.az" xəbər verir ki, Gəncə İdman Sarayında təşkil olunan matç ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə bitib.

Digər görüşdə isə Rusiya Qırğızıstana 3:0 hesabı ilə qalib gəlib.

Beləliklə, 3-cü MDB Oyunlarında voleybolçu qızlar arasında qrup mərhələsi başa çatıb. A qrupunda Azərbaycan (2 qələbə – 5 xal) və Özbəkistan (1 qələbə – 4 xal), B qrupunda isə Rusiya (2 qələbə – 6 xal) və Belarus (1 qələbə – 3 xal) milliləri növbəti mərhələyə vəsiqə qazanıblar.

Yarımfinal oyunları oktyabrın 5-də keçiriləcək.