AFFA-nın təşkilatçılığı ilə Təhsil və Reabilitasiya Mərkəzində UEFA-nın A kateqoriyalı məşqçi kursunun 1-ci mərhələsinə start verilib.
"Football-plus.az" AFFA-nın saytına istinadən xəbər verir ki, sentyabrın 27-dək davam edəcək məşğələlərə təhsil şöbəsinin rəhbəri Aslan Kərimov və təlimatçı Osman Rəhimov rəhbərlik edirlər.
Kursun ikinci mərhələsi oktyabrın 20-23-də, üçüncü modulu isə noyabrın 17-20-də keçiriləcək. Kursda millimizin sabiq üzvləri Maksim Medvedev, Elvin Məmmədov, Ağabala Ramazanov, Rail Məlikov, Vüqar Nadirov, Rəşad Eyyubov, Rasim Ramaldanov və Rauf Əliyev də iştirak edir.
Millimizin sabiq üzvləri məşqçilik kursunda
Ölkə futbolu





