Bu gün 6 güləşçimiz mübarizəyə başlayacaq

20.09.2025 13:53 5
İdman
Xorvatiyanın paytaxtı Zaqrebdə davam edən dünya çempionatında bu gün 6 yunan-Roma güləşçimiz mübarizəyə başlayacaq.

"Football-plus.az" xəbər verir ki, Murad Məmmədov (63 kq) qırğızıstanlı Bayaman Kərimovla, Həsrət Cəfərov (67 kq) venesuelalı Neyser Marimon Hidalqo ilə, İslam Abbasov (87 kq) UWW bayrağı altında çıxış edən Stanislav Şafarenko ilə üz-üzə gələcək.

Bununla yanaşı, Ülvi Qənizadə (72 kq) finalda fransalı İbrahim Qanemlə qızıl medal uğrunda güləşəcək.

Nihat Məmmədli (60 kq) və Murad Əhmədiyev (97 kq) isə bürünc medal qazanmaq üçün xalçaya çıxacaqlar.

Qeyd edək ki, yığmamızın aktivində artıq 4 medal var. Giorgi Meşvildişvili (125 kq) gümüş, Eldəniz Əzizli (55 kq), Nürəddin Novruzov (61 kq), Arseniy Djioyev (86 kq) və Osman Nurmaqomedov (92 kq) isə bürünc mükafat əldə ediblər.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul