NTD amerikalı basketbolçunu transfer etdi

14.09.2025 16:59 5
İdman
NTD amerikalı basketbolçu Camel Kinqi transfer edib.

"Football-plus.az" xəbər verir ki, forvard mövqeyində çıxış edən 23 yaşlı oyunçu ilə birillik müqavilə imzalanıb. Kinq son olaraq ölkəsinin "Kenneso Steyt Ouls" klubunun şərəfini qoruyub.

Xatırladaq ki, NTD buna qədər Ladarius Marşalın, Kobi Montqomerinin və Andra Makkinin transferlərini həyata keçirib.