Bu gün Misli premyer-liqasının 4-cü turu çərçivəsində “Sumqayıt”a 1:0 hesabıyla qalib gəlmiş “İmişli”yə texniki məğlubiyyət veriləcək.
"Football-plus.az" xəbər verir ki, Aran təmsilçisinin adı protokolda olmayan İbrahim Əliyevi meydana buraxması səbəb olub.
AFFA İntizam Komitəsinin növbəti iclasında bu məsələyə dair qərarın rəsmən açıqlanması gözlənilir.