“Neftçi” Azərbaycanın böyük komandalarıdan biridi” - Saşa İliç

13.09.2025 18:50 24
Ölkə futbolu / Manşet
“Sumqayıt” “İmişli”yə məğlub oldu - 0:1.

“Football-plus.az” xəbər verir ki, oyunsonrası mətbuat konfransında Saşa İliç media
önünə çıxıb.

- Meydança çox zəif idi. Bu bizə problem oldu. Səhvlərimizə görə qol buraxdıq. Daha yaxşı komanda idik.

- Qələbə münasibəti ilə təbrik etmək olar?
- Rəsmi məlumat yoxdu. Bunu demək olmaz

- Səbuhi zəif təsir bağışladı...
- Milli komandadan qayıdıb. Bizim üçün də vacib oyunçudu. Böyük səhvlər edir. Amma bizim üçün vacib oyunçudu.

- Belə qazondansa, süni meydançaya üstünlük verərsiz?
- Belə meydançada oynamaq çox çətindi. Bu haqda nəsə deyə bilmərəm. Federasiyanın qərarıdı.

- Abdul Raşid Mumini ehtiyatda idi. Ötən oyun da Yankoviç. Sanki hər oyundan sonra komandanın ən yaxşısını ehtiyatda saxlayırsız. Niyə?
- Ötən oyun Yankoviçin kiçik zədəsi var idi. Abdul Raşid də milli komandasında iki
oyun oynayıb. İkisindən də razıyam.

- Mehdi Cənnətovla bağlı tədbir görüləcək?
- Mehdi təcrübəli qapıçıdı. Səhvlər olur. Futbolda hər şey ola bilər.

- “Neftçi”nin baş məşqçisi əvvəl “Sumqayıt”da işləyib, qalmaqalla ayrılıb. Bu oyuna necə hazırlayacaqsız komandanı?
- “Neftçi” Azərbaycanın böyük komandalarıdan biridi. Xüsusi prinsipiallıq yoxdu.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul