Təxirə salınan “Sabah” – “Qarabağ” matçının vaxtı

12.09.2025 17:57 21
Ölkə futbolu
Misli premyer-liqasının 1-ci turundan avrokubok oyunlarına görə təxirə salınmış “Sabah” – “Qarabağ” matçının tarixi bəlli olub.

"Football-plus.az" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının saytı məlumat yayıb.

Görüşün dekabrın 18-də keçiriləcəyi bildirilib. Oyunun saatı hələlik dəqiqələşdirilməyib.