Təxirə salınmış oyunun vaxtı

27.02.2025 20:57 275
Ölkə futbolu
Əlverişsiz hava səbəbindən təxirə salınan “Mingəçevir” – “Difai” qarşılaşmasının yeni tarixi müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, Peşəkar Futbol Liqasının qərarına əsasən matç sabah Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunun ehtiyat meydançasında keçiriləcək.

Qarşılaşma saat 14.00-da başlanacaq.