"Yaxşı oyun sayəsində istəyimizə çatdıq" - İslandiya millisinin baş məşqçisi

6.09.2025 10:00
Ölkə futbolu / Manşet
İslandiya yığmasının baş məşqçisi Arnar Qunnlauqson DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda millimizə qarşı keçirdiyi oyun barədə fikirlərini bölüşüb.

"Football-plus.az" xəbər verir ki, o, matçdan sonra təşkil olunan mətbuat konfransında komandasının 5:0 hesablı qələbəsini belə şərh edib:
“Matçdan öncə qələbə barədə düşünürdük. Yaxşı oyun sayəsində istəyimizə çatdıq. Komandamın oyunundan çox razı qaldım. Hesaba baxmayaraq, bu işi görmək kifayət qədər zəhmət tələb etdi".