"Football-plus.az" xəbər verir ki, bu sözləri Macarıstan millisinin üzvü Loik Neqo yığmamıza qarşı sabah keçirəcəkləri matçdan öncə təşkil olunan mətbuat konfransında deyib.
O, yoldaşlıq görüşü olmağına baxmayaraq, nəticənin əhəmiyyət kəsb etdiyini söyləyib:
"Azərbaycanla oyun DÇ-2026-nın seçmə mərhələsindən əvvəl keçirəcəyimiz son matçdı. Ona görə nəticə də vacibdi, həmişə belə olub. Biz həmişə qələbə qazanmaq istəyirik. Meydanda iş görmək lazımdı".
Xatıırladaq ki, sabah keçiriləcək Azərbaycan - Macarıstan matçı saat 20.00-da başlayacaq.






