“Bavariya” yeniyetmə futbolçusu Pol Vanneri satıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidmətinin məlumatında 19 yaşlı yarımmüdafiəçinin PSV-yə keçdiyi bildirilib. Onunla 5 illik müqavilə imzalanıb. Pol yeni komandasında “10” nömrə altında çıxış edəcək.
Vannerin ötən mövsüm icarə əsasında “Haydenhaym”da oynadığını da xatırladaq.