Qriffin “Denver” – “Nyu-York” finalı planlaşdırır

31.08.2025 17:43 3
İdman
“Boston”un forvardı Bleyk Qriffin 2025/26 mövsümündə MBA-nın finalında hansı komandaların qarşılaşacağı ilə bağlı proqnoz verib:
“Denver” bu yay güclənib. Düşünürəm ki, Qərb konfransından finala məhz bu komanda çıxacaq. Şərq konfransının qalibi isə ya “Nyu-York” olacaq, ya da “Klivlend”. Şəxsən mən “Niks”i seçərdim”.
Xatırladaq ki, 2024/25 mövsümünün finalında “Oklahoma-Siti” “İndiana”nı məğlub edib (4-3).