Gözlənilən transfer rəsmiləşdi

27.08.2025 16:55 11
Dünya futbolu
Lukas Vaskes artıq Leverkuzendədi.

“Bayer-04” ispaniyalı futbolçunu transfer edib.

Almaniya klubunun mətbuat xidmətinin məlumatına görə, 34 yaşlı müdafiəçi ilə imzalanan müqavilənin müddəti 2027-ci ilə qədər nəzərdə tutulub.

“Real”ın yetirməsi olan Lukas bu komandada 402 oyuna çıxıb, 38 qol vurub və 73 məhsuldar ötürmə edib. O, Madrid klubu ilə 5 dəfə Çempionlar Liqasının qalibi olub.