İli erkən başa vurdu

25.08.2025 20:21 15
Dünya futbolu
Deyan Kulusevskinin aqibəti məlum olub.

"Football-plus.az" xəbər verir ki, “Tottenhem”in isveçli yarımmüdafiəçisi üçün 2025-ci il erkən sona çatıb. “The Guardian” qəzetinin məlumatına görə, dizindən zədə alan futbolçunun durumu düşünüləndən də ciddidi. O, 2026-cı ilə qədər yaşıl meydana çıxa bilməyəcək.

Deyan “Tottenhem”də 2023-cü ildən çıxış edir.