İl onun üçün erkən sona çatdı

1.12.2023 12:58 163
Dünya futbolu
Rodriqo Bentankurun aqibətinə aydınlıq gəlib.

“Tottenhem”in yarımmüdafiəçisinin zədəsi ciddidi. 26 yaşlı yarımmüdafiəçi premyer-liqanın “Aston Villa” ilə son oyununda (1:2) sıradan çıxmışdı.

"Football-plus.az" xəbər verir ki, artıq tibbi müayinədən keçib.

Rodriqonun 2024-cü ilin fevralına qədər yaşıl meydanlardan kənarda qalacağı məlum olub.

Uruqvaylı futbolçu bu mövsüm “Tottenhem”də 4 oyun keçirib. Bunun səbəbi isə zədə ilə bağlıdı.