London klubunda iki ayrılıq

25.08.2025 19:50 9
Dünya futbolu
“Çelsi”nin iki futbolçusu Dortmund “Borussiya”sına keçir.

Məşhur insayder Fabritsio Romanonun məlumatına görə, müdafiəçi Aaron Anselmino və yarımmüdafiəçi Karni Çukvuemeka Almaniya klubuna yollanacaq. Anselmino yeni klubunda icarə əsasında oynayacaq. Çukvuemeka isə daimi əsasda trasfer ediləcək.

Çukvuemeka “Çelsi”də 2022-ci, Anselmino isə 2024-cü ildən çıxış edir.