Canluici Donnarumma tezliklə Parisi tərk edəcək.
"Football-plus.az" xəbər verir ki, o, artıq PSJ-nin azarkeşləri ilə vidalaşıb. İtaliyalı qapıçı PSJ-nin öz meydanlarında “Anje”yə 1:0 hesabı ilə qalib gəldiyi Liqa 1 oyunundan sonra onun adını səsləndirən azarkeşlərin olduğu tribunalara yaxınlaşıb. O, fanatlarla vidalaşıb. Komanda yoldaşları isə Canluicini əhatəyə alıblar.
Bundan sonra Donnarumma “Park de Prens” stadionunda rəmzi vida dövrəsi vurub.
26 yaşlı qapıçı PSJ-də 2021-ci ilin iyulundan çıxış edir. Onun “Mançester Siti”yə keçəcəyi gözlənilir. Avropa çempionu artıq bu klubla şəxsi müqaviləsinin şərtlərini razılaşdırıb.