"Kəpəz" Misli premyer-liqasının 2-ci tur matçında "Karvan-Yevlax"a uduzdu - 2:3.
"Football-plus.az" xəbər verir ki, nominal meydan sahiblərinin baş məşqçisi Adil Şükürov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Daha çox topla oynayan tərəf biz olduq. Azarkeşlərimiz bizdən narazı qaldı və haqlıdılar. Komandanın qalib gəlməsini istəyirlər. Gələcək oyunlarda itirdiyimiz xalları toplamaq istəyirik.
- Bu matçda 1 xal belə qazanmamaq ruh düşkünlüyü yaratmırmı?
- Ruh düşkünlüyü qazanılmayan xallara görə olur. Uyğun bir rəqibdi. Statistikaya görə üstünlük biz tərəfdə idi. Daha da toparlanmaq, xallar qazanmaq, komandanı formalaşdırmaq lazımdı.
- Təyinatdan öncə kanalların birinə belə bir müsahibə vermişdiz ki, ötən mövsüm gördüm ki, komanda premyer-liqanı tərk edir və məndə getdim ki, kollektiv elitada qalsın. Eyni situasiya yaşanır?
- İndi eyni situasiya deyil. Komandanı toparlayıb, premyer-liqada saxlamaq yox, üzərimizə düşən məqsədi yerinə yetirmək lazımdı. Bəzi məsələləri yoluna qoyduqdan sonra tam fərqli komanda olacağıq.
- Hansı mövqeylərdə oyunçular transfer edəcəksiniz?
- Bir futbolçu düşərgəmizdə var idi. Sağlıq durumuna görə komandaya qoşula bilmədi. Sağ, sol cinah müdafiəçiləri axtarırıq.
ƏSƏD SEYİDOV