İngiltərə klubundan rekord transfer

22.08.2025 14:33 7
Dünya futbolu
“Brentford” heyətinə yeni futbolçu cəlb edib.

"Football-plus.az" xəbər verir ki, İngiltərə klubu “Bornmut”un vingeri Danqo Uattaranı transfer edib. Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı oyunçu ilə 5 illik müqavilə imzalanıb. Anlaşmada əlavə olaraq müddətin daha bir mövsümlük uzadılma imkanı ilə bağlı bənd də var. “Transfermarkt” portalının məlumatına görə, “Brentford” futbolçu üçün 42,8 milyon avro ödəyib. Bu, klub tarixində rekord məbləğə başa gələn transfer olub.

Danqo karyerası ərzində 137 oyuna çıxaraq 19 qol vurub və 17 qolun ötürməsini edib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul