“Leyptsiq”in tarixində rekord transfer

19.07.2023 11:57 236
Dünya futbolu
“Leyptsiq” heyətini yeni futbolçu ilə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, Almaniya klubu “Lans”dan Loi Opendanı transfer edib.

23 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb. “Leyptsiq” belçikalı oyunçu üçün 43 milyon avro ödəyib. Bu, klub tarixinin rekord transferidi.
Qeyd edək ki, Openda ötən mövsüm Liqa 1-də 38 oyunda iştirak edib və 21 qol vurub.