U-17 millimiz Monteneqroya uduzdu

22.08.2025 11:55 6
Ölkə futbolu
Monteneqroda təlim-məşq toplanışında olan U-17 millimiz hazırlıq çərçivəsində ikinci yoxlama oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, yığmamız meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib. Görüş Monteneqro millisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Yığmamızın qolunu Samir Şərifov vurub.