Tezliklə Leverkuzendə olacaq

21.08.2025 22:40
Dünya futbolu
“Bayer-04” yeni transfer reallaşdırmağa hazırlaşır.

"Football-plus az" xəbər verir ki, bu barədə insayder Fabris Hokins məlumat yayıb.

Leverkuzen klubu “Sevilya”nın oyunçusu Loik Bade ilə razılaşıb. Almaniya klubu bu keçidə görə 30 milyon avro ödəyəcək. Tərəflərin 5 illik müqavilə imzalayacağı gözlənilir.

Bade ötən mövsüm “Sevilya”nın heyətində La Liqada 32 matçda iştirak edib.