“Ferentsvaroş” 40 qol vuran futbolçusunu Türkiyə klubuna satdı

19.08.2025 19:24 54
Avrokuboklar / Aktual
“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi “Ferentsvaroş”da ayrılıq yaşanıb.

“Football-plus.az” xəbər verir ki, Budapeşt təmsilçisi sağ cinah müdafiəçisi Adama Traore ilə yolları ayırıb. Futbolçu karyerasını Türkiyənin 1-ci liqa klubu “Gənclərbirliyi”ndə davam etdirəcək.

Qeyd edək ki, Traore Mali millisinin heyətində 60 oyun keçirib. O, “yaşıl qartallar”la birlikdə 3 ölkə çempionluğunu bayram edibsə, Avropa və Konfrans Liqasının əsas mərhələlərində top qovub. Futbolçu “yaşıl-ağlar”ın heyətində meydana çıxdığı 118 oyunda 40 qol, 20 məhsuldar ötürmə ilə yadda qalıb.

KƏNAN BAHADIR