"Sumqayıt"ın yetirməsi premyer-liqada debüt etdi

18.08.2025 15:55 17
Ölkə futbolu
Misli premyer-liqasının 2025/26 mövsümünün ilk turu çərçivəsində keçirilmiş “Sumqayıt” – “Kəpəz” (3:0) qarşılaşması "kimyaçılar"ın futbolçusu Kənan Feyziyev üçün əlamətdar olub.

"Football-plus.az" xəbər verir ki, bu barədə Sumqayıt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Akademiyanın yetirməsi premyer-liqada debüt oyununa çıxıb.

Qeyd edək ki, Kənan buna 18 yaş 234 günlüyündə nail olub.